Şəmkirdə körpələr evi-uşaq bağçalarının rəhbərləri ilə görüş keçirilib

Şəmkirdə körpələr evi-uşaq bağçalarının rəhbərləri ilə görüş keçirilib


Şəmkir şəhərində fəaliyyət göstərən uşaq bağçalarının müdirləri ilə görüş keçirilmişdir.

Görüşdə çıxış edən Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Pərviz İbrahimov son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün respublikada, o cümlədən Şəmkirdə uşaq müəssisələrinin tikintisinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə ciddi fikir verildiyini bildirib.

Həmçinin şəhər bağçalarına yeni mebellər, yataq dəstləri, soyuducular və digər zəruri inventar və avadanlıqların alındığını vurğulanıb.

Şəhər ərazisində yerləşən körpələr evi-uşaq bağçalarının müdirlərinə işlərində daha da məsuliyyətli olmaları gələcəyimiz olan körpələrə yüksək səviyyədə xidmət etmələri tapşırılıb.

Yekunda körpələr evi-uşaq bağçalarının rəhbərlərinə müəssisələrə alınan ərzaqların keyfiyyətinə ciddi fikir verilməsini və hazırlanan qida məhsullarının tələb olunan texnoloji normalara uyğunluğuna nəzarətin gücləndirilməsini tövsiyə edilib.

Açar sözlər
Ilham Əliyev , Pərviz Ibrahimov , Şəmkir
Siyasət xəbərləri
Xia.az digər xəbərlər