Şəmkirdə yol qəzasında ölənlər bir ailənin üzvləridir

Şəmkirdə yol qəzasında ölənlər bir ailənin üzvləridir

Şəmkir rayonunda sərnişin avtobusunun "VAZ 2107" markalı avtobusla toqquşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində "VAZ 2107" markalı maşında olan 1 ailənin 3 üzvü dünyasını dəyişib.

Hadisə nəticəsində ölən şəxslər - sürücü, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadi Zirəddin oğlu, anası, 1945-ci il təvəllüdlü Gülməmmədova Sücaət Seyidəli qızı və sürücünün nəvəsi, 2016-cı il təvəllüdlü Gülməmmədov Ayxan Qüdrət oğludur.

Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb.

Son məlumata görə, hadisə nəticə

* * *16:13

Şəmkirdə "Mersedes-Sprinter" markalı sərnişin mikroavtobusu aşıb, 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Hadisə rayonun Qaracəmirli kəndi ərazisində baş verib.

Səhiyyə Nazirliyindən virtualaz.org-a bildiriblər ki, 1 sərnişinin vəziyyəti ağır, digər 6 sərnişinin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir.

Ü.Xudiyeva

Virtualaz.org

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər