Şəmkirdə yol qəzasında ölənlər bir ailənin üzvüdür

Şəmkirdə yol qəzasında ölənlər bir ailənin üzvüdür

Şəmkirdə yol qəzasında ölənlər bir ailənin üzvüdür

17:11 08 May 2019


Şəmkir rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.


Femida.az-ın məlumatına görə, hadisə nəticəsində "VAZ 2107" markalı maşında olan 1 ailənin 3 üzvü dünyasını dəyişib.

"VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası 1945-ci il təvəllüdlü Sücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.

Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan 1-nin vəziyyəti ağır, qalanların vəziyyəti orta-ağırdır.

Femida.az

Açar sözlər:

Oxunub: 28


Hadisə xəbərləri
Femida.az digər xəbərlər