Separatçı rejim Dilqəmlə Şahbazın doğmalarının  onlarla görüşə bilməsi şərtini açıqladı...

Separatçı rejim Dilqəmlə Şahbazın doğmalarının  onlarla görüşə bilməsi şərtini açıqladı...

Xankəndindəki qondarma separatçı-terrorçu rejim başçısının “mətbuat katibi” hesab edilən David Babayan ad-soyadlı adamabənzər məxluq Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində növbəti həyasız açıqlama verib.


Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, D.Babayan bildirib ki, əgər Bakı Azərbaycanda saxlanılan erməni əsirlərin qohumlarına onlarla görüşmək imkanı yaratsa, biz də Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı əsirlə doğmalarının görüşməsinə icazə verərik.

“Bu,bizim gücümüzü və sivil “dövlət” olduğumuzu göstərir. Biz heç nə gizlətmirik!..”-deyəhəyasız separatçı açıqlamasının yekununda bildirib.

Xatırladaq ki, D. Əsgərov və Ş. Quliyev artıq 5 ilə yaxındır ki, erməni separatçı-terrorçu rejimi tərəfindən qanunsuz olaraq Azərbaycanın tarixi-hüquqi ərazisində -Şuşa türməsində saxlanılır.


Allah qapılarını açsın!


Sultan Laçın


Siyasət xəbərləri
Moderator.az digər xəbərlər