Sərbəst güləş yığmamız Avropa üçüncüsü oldu

Sərbəst güləş yığmamız Avropa üçüncüsü oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.


Xeberle.comxəbər verir ki, 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.


Millimizə xalları 8 güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar - Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar - Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev hərəyə 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.




Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Açar sözlər
Şərif Şərifov , Hacı Əliyev , Cəbrayıl Həsənov , Ağahüseyn Mustafayev , Murad Süleymanov , Türkiyə , Rusiya , Rumıniya , Buxarest
İdman xəbərləri
Xeberle.com digər xəbərlər