Sergey Şoyqu:"Dondurulmuş münaqişələr aktivləşdirilir"


Sergey Şoyqu:"Dondurulmuş münaqişələr aktivləşdirilir"

“Münaqişə potensialı dünyanın bir çox regionlarında artmaqdadır”.

Bu barədə Rusiyanın Müdafiə naziriSergey ŞoyquMoskva Beynəlxalq Təhlükəsizlik Konfransının açılış mərasimində bildirib.

“İndi əsas tendensiya dünyanın müxtəlif regionlarında münaqişə potensialının artmasıdır. Dondurulmuş münaqişələr aktivləşdirilir. Yeni potensial silahlı qarşıdurma ocaqları yaranır, onların əksəriyyəti xaricdən qızışdırılır”, – Rusiya Müdafiə naziri deyib.

S.Şoygu həmçinin Yaxın Şərqdə münaqişələrin davam etdiyini söyləyib.

“Yəməndə döyüşlər davam edir. Liviyadakı münaqişə yeni mərhələyə qədəm qoyur. Suriya və İraqda gərginlik qalmaqdadır. Afrikada terror qruplaşmalarının aktivliyi artır”, – nazir vurğulayıb. (Report)

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər