"Şərikli çörək" filminin "Vaqif"i İLLƏR SONRA - VİDEO


"Şərikli çörək" filmində "Vaqif" obrazını canlandıran aktyor Kamran Rəcəbli illər sonra görüntülənib.

BiG.AZ xəbər verir ki, aktyor uzun iləlrdir Amerikada yaşayır. O, hazırda mühəndisdir:

"İçərişəhər, uşaqlar... Hamısı ürəyimdə qaldı".

Qeyd edək ki, müharibədən sonrakı illərin ağır həyat şərtlərindən bəhs edən “Şərikli çörək” filmi 1969-cu ildə ekranlaşdırılıb. Kinopovestdə İkinci Dünya Müharibəsi illərindən sonrakı dövrdə uşaqların çətin, fərəhsiz həyatından söhbət açılır. Səfalətin hökm sürdüyü, həm də bitmək bilməyən günlərdə uşaqların bir-birinə olan münasibətləri, baş qəhrəman Vaqifin ac olduğu halda çörəyini digərlərilə bölüşməyi olduqca ibrətamizdir. Bu, aclıq, səfalət şəraitində belə mənliyini, insanlığını itirməyən uşaqların gələcəyə dair yaratdığı böyük ümidləri tərənnüm edir. Arxa cəbhədə gedən müharibənin kiçik qurbanları olan uşaqlar, bu filmdə ön palana çəkilir. Müharibə uşaqları vaxtından tez böyüdür...10 yaşlı uşaq dərs oxumaq əvəzinə, çörəkpulu qazanmağın yollarını axtarır.

Mədəniyyət xəbərləri
Big.az digər xəbərlər