Serjik Sərkisyan Azərbaycan torpağında prezident kimi qarşılandı- VİDEO

Serjik Sərkisyan Azərbaycan torpağında prezident kimi qarşılandı- VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyan “en”-ci dəfə Azərbaycanın işğal altındakı torpaqlarına ayaq basıb.


Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkə saytları məlumat yayıb. Xankəndində separatçı rejim rəhbərliyi tərəfindən, az qala, Ermənistan prezidenti səviyyəsində qarşılanan S.Sərkisyandan “Azad Avropa” radiosunun Azərbaycan ərazisinə qanunsuz daxil olmuş müxbiri açıqlama almağa cəhd edib. Lakin eks-prezident yalnız “İndi siz məndən Ermənistanın daxili siyasi problemləri barədə soruşacaqsınız?” deməklə kifayətlənib və onu iqamətgahının önündə qarşılayan separatçı-terrorçu rejimin oyuncaq başçısı Bako Saakyanla görüşüb. B. Saakyanla bərabər qondarma rejimin “müdafiə naziri” hesab olunan Karen Abramyan və Qarabağın keşişi Parqev Martirosyan da Ermənistanın sabiq dövlət başçısı ilə əl verərək mehribanlıqla görüşüblər. Binaya qədər S.Sərkisyanı separatçı rejimin “dövlət naziri” adlanan Qripori Martirosyan və digərləri qarşılayaraq müşayiət edib.


Xatırladaq ki, S.Sərkisyanın bu gün - mayın 9-da Xankəndində Şuşanın işğalı münasibətilə keçiriləcək tədbirlərə qatılacağı və işğalçı ölkənin baş naziri Nikol Paşinyanla görüşəcəyi də gözlənilir.


P.S...


Sultan Laçın


Siyasət xəbərləri
Moderator.az digər xəbərlər