Serjik Sərkisyanın kiçik qızı da istefa verdi...

Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyanın kiçik qızı Satenik Sərkisyan tutduğu vəzifədən istefa verib.
Moderator.az xəbər verir ki, bu haqda “Qraparak” qəzeti məlumat yayıb. İxtisasca iqtisadçı olan Satenik Sərkisyan işğalçı ölkənin Səhiyyə Nazirliyində iqtisadi və maliyyə məsələləri üzrə məsləhətçi işləyirdi.
Serjikin qızı 2016-cı ildə 3-cü uşağının doğulmasıyla əlaqədar analıq məzuniyyətinə çıxıb. Məzuniyyətinin dövrü bitsə də, Satenik ərizə yazaraq vəzifəsindən istefa verib.
Sultan Laçın
Açar sözlər
Sultan Laçın
, Səhiyyə Nazirliyi
, Qraparak
, Ermənistan