Sərnişin avtobusu minik maşını ilə toqquşdu, 5 yaralı var - Bakıda

Sərnişin avtobusu minik maşını ilə toqquşdu, 5 yaralı var -  Bakıda

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Bakı Xəbərləri Class , Bakı , Binəqədi , Xəsarət
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər