Sərxoş vəziyyətdə hava limanını bir-birinə qatan Pərvin Abıyeva danışdı - VİDEO

Sərxoş vəziyyətdə hava limanını bir-birinə qatan Pərvin Abıyeva danışdı - VİDEO

Aktrisa Pərvin Abıyeva mətbuatda haqqında yazılan xəbərlərə reaksiya verib.

BAKU.WS xəbər verir ki, aktrisa içkili vaxtı çəkilən videosu ilə bağlı Instagram-da paylaşım edib və bunları yazıb: 

"Limon suyu deyildi, “italyanski” ağ şərab idi. Nə gözəl ki, gəlişim sizə son bir ayda olan hadisələri unutdurdu, sevindim. 28 yaşında yetişkin qadınam, 15 yaşında yeniyetmə deyiləm. Dövlətin aeroportu, təyyarəsidir. Gizlin etməmişəm ki? İçmişəm, içmişəm də, siz içmirsiniz?"

Qeyd edək ki, model Səmra Hüseynova aktrisa Pərvin Abıyevanın hava limanında içkili vəziyyətdə çəkilən görüntülərini Instagram-da paylaşmışdı. Bu görüntülər qısa zamanda böyük marağa və müzakirələrə səbəb olub.
BAKU.WS



QALEREYA
Mədəniyyət xəbərləri
Baku.ws digər xəbərlər