Səudiyyə Ərəbistanında 37 nəfər edam edildi

Səudiyyə Ərəbistanında “terror təşkilatı qurmaq, polis idarələrinə hücum etmək, təhlükəsizlik əməkdaşlarını qətlə yetirmək, düşmənlərlə əməkdaşlıq etmək” maddələri ilə ittiham edilən 37 nəfər barəsində edam hökmü çıxarılıb.
Ali Məhkəmədən təsdiq alındıqdan sonra kral tərəfindən edam əmri verilib.
Edam hökmləri Ər-Riyad, Məkkə, Mədinə, Əş-Şərqiyə, Əl-Qasım və Asir şəhərlərində icra edilib.
Edam olunanların yaşları və şəxsiyyətləri ilə bağlı məlumat verilməyib.
Paylaş:Açar sözlər
Səudiyyə Ərəbistanı
, Ər-Riyad
, Məkkə
, Mədinə