“Sevda anasını evində xidmətçi kimi saxlayır” — Ögey atası

“Sevda anasını evində xidmətçi kimi saxlayır” — Ögey atası

Müğənni Sevda Yahyayevanın ögey atası “Xəzər TV”də yayımlanan “Səni axtarıram” verilişinə çıxaraq onun haqqında gözlənilməz ittihamlar səsləndirib. “Qafqazinfo” xəbər verir ki, ifaçının atalığı Sevdanın doğma anasını evində qulluqçu kimi saxladığını iddia edib:

“Sevda anasını əlimdən alıb özünə xidmətçi apardı. Dedi, evdə işləri çatdırmıram, gəl işimi gör. Gedəndə də məni təhqir edib getdi”.

Sevdanın ögey atası anası ilə qeyri-rəsmi nikahda yaşadığını bildirib:

“Mənim 76, Sevdanın anasının 58 yaşı var. 60 yaşımda onunla ailə qurdum. 2003-cü ildən bir yerdə yaşamışıq. Sevdagil yetim qalmışdılar. Onlara əl tutmuşam. 15 il bir yerdə yaşamışıq. Mən Sevdaya baxanda 15 yaşı var idi. Onu mən oxutdurdum.Sevda “Yeni Ulduz”da mənim əlimlə tanındı. 15 həftə onu studiyaya özüm aparıb-gətirmişəm. Yoldaşım özü mənə təklif etmişdi ki al məni. Onunla 5 dəfə kəbin kəsdirməyi təklif etmişəm razı olmayıb. Evinə gəlsin, kirayələrdə qalır”.

Açar sözlər
Xəzər Tv
Mədəniyyət xəbərləri
Aprelin 28-də qəbul imtahanı keçiriləcək

Aprelin 28-də qəbul imtahanı keçiriləcək

24-04-2019 11:36 - Open.az - Mədəniyyət
Beləliklə, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Qafqazinfo.az digər xəbərlər