Sevda Yahyayevanın ögey atası Xoşqədəmin verilişində: “Arvadımı evində qulluqçu kimi işlədir”

Müğənni Sevda Yahyayevanın ögey atası üzə çıxıb.
"Səni axtarıram" verilişinə gələn kişi müğənninin ögey atası olduğunu və müğənni ilə anasına15 il baxdığını iddia edib. O bildirib ki, S. Yahyayevanı "Yeni ulduz"a da o aparıb. Hazırda isə Sevda anasını, yəni onun həyat yoldaşını evində qulluqçu kimi işlədir.
Aparıcı Xoşqədəm Hidayətqızı isə bildirib ki, müğənni zəng edərək iddialara aydınlıq gətirəcək.