Sevda Yəhyayeva məşhur şəxsə ərə gedir - VİDEO

Sevda Yəhyayeva məşhur şəxsə ərə gedir - VİDEO

ARB TV-nin “Faydalı” saat verilişinin növbəti qonağı teleaparıcı Afaq Gəncəli olub.


Sloveniya aşiqi olan teleaparıcı oradan ağız dolusu danışıb:


“Mən heç yeri sevmirəm. Avropada yaşamaram. Ancaq Azərbaycan. İndi də o fikirdəyəm. Amma Sloveniyada yaşayaram, qayıdanda ora üçün darıxdım. Düzdü slovyan dilidi, amma rus dilinə bənzəyir deyə, hardasa tutmaq olur. Əgər biraz özünü zorlasan, o dili öyrənə bilərsən”.


Afaq Gəncəli oradan evlilik təklifi gözləsə də, bu təklifin ona yox, başqasına gəldiyindən danışıb:


“Mənə gəlmədi evlilik təklifi. Amma sizə bir sirr açım. Bu təklif müğənni Sevda Yəhyayevaya gəldi. Serbiyanın çox məşhur bir insanından, vətəndaşından gəldi. Toyun nə vaxt olduğunu isə deyə bilmərəm. O məni öldürəcək, amma mən bunu dedim”.

Açar sözlər
Sevda Yəhyayeva , Azərbaycan , Gəncə , Serbiya , Sloveniya
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər