Sevil və Sevinc gəlinlik paltarında - FOTO

Sevil və Sevinc gəlinlik paltarında - FOTO

Müğənni Sevil və Sevinc Səfərova bacılarının arxiv fotosu yayılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, foto İnstaqram səhifələrinin birin də paylaşılıb.

Fotoda əkizlər əməkdar artist Nüşabə Ələsgərli ilə bir yerdədirlər. Bundan əlavə bacıların geydikləri gəlinlik paltarı diqqətlərdən qaçmayıb.

İnstaqram izləyiciləri əkizlərin estetik əməliyyat etdiklərinidə iddia ediblər.

"Bu bacılar necə dəyişib, görünür çoxsaylı plastik əməliyyat etdiriblər", "Bu nədi, heç tanımaq olmur. Plastik əməliyyatın canı sağ olsun" - kimi şərhlər yazılıb.
Qeyd edək ki, sözügedən görüntü əkizlərin səhnəyə gəldikləri ilk illərə təsadüf edir.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mədəniyyət xəbərləri
Hacıbaba Hüseynovun xatirəsi anılıb

Hacıbaba Hüseynovun xatirəsi anılıb

10-05-2019 15:15 - Axsam.az - Mədəniyyət

Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda görkəmli muğam ifaçısı, Xalq artisti Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi münasibətilə ədəbi-musiqili tədbir keçirilib.
Axşam.azxəbər verir ki, sənətkarın 100 illik yubileyinə həsr olunmuş tədbir Prezident İlham Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq təşkil edilib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi H.Hüseynovun Azərbaycan muğam və qəzəl sənətinə verdiyi əvəzsiz töhfələrdən söz açıb.
Gecədə iştirak edən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Xalq artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, Əməkdar incəsənət xadimləri, xanəndə Aqil Məlikov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, qəzəlxan-şair Hacı Arif Buzovnalı və başqaları Hacıbaba Hüseynovla bağlı xatirələrini bölüşüb, unudulmaz sənətkarın muğam sənətimizdə öz dəst-xətti olduğunu vurğulayıblar.
Çıxışlar zamanı həmçinin Hacıbaba Hüseynovun muğam sənətimizdə pedaqoji fəaliyyəti ilə bağlı fikirlər söylənilib, sənətkarın təsnif və qəzəl yaradıcılığının özünəməxsusluğu qeyd olunub.
Xalq artisti Səkinə İsmayılova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, muğam müsabiqəsinin laureatları Almaxanım Əhmədli, Hüseyn Məlikov, Məmməd Nəcəfov və başqalarının rəngarəng ifaları izləyicilərin könlünü oxşayıb.
Metbuat.az digər xəbərlər