Sevinc Hüseynova: Davamlı olaraq islahatların həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir

Sevinc Hüseynova: Davamlı olaraq islahatların həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir

“Azərbaycan ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanıb. Ölkəmizin maliyyə imkanlarının güclənməsi istər regionların sosial-iqtisadi inkişafı, istərsə də insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində layihələrin reallaşdırılmasına da imkan verib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafı dinamik xarakter daşıyır. Onun sözlərinə görə, davamlı olaraq islahatların həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir.

“Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də qeyd olunduğu kimi, artıq ölkəmizdə 2017-ci ildə iqtisadi sabitliyin təmin olunması ilə bağlı atılan önəmli addımlar, həmçinin 2018-ci ildə ardıcıl şəkildə həyata keçirilən ciddi islahatlar öz müsbət nəticələrini verir. Vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Ölkəmizdə 2019-cu ilin əvvəlindən sosial sahədə bilavasitə insanların rifah halının yaxşılaşmasına hədəflənən tədbirlərin reallaşdırılması daha da intensivləşib. Bu sahədə atılacaq addımlar cənab Prezident tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda vaxtilə verilən vədlərin uğurla reallaşdırılması prosesi gedir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır”-deyə, S.Hüseynova vurğulayıb.

Siyasət xəbərləri
Xia.az digər xəbərlər