Şeydayevin komandasından növbəti məğlubiyyət

Rusiya Premyer Liqasında 25-ci turun oyunları davam edir.
SİA-nın məlumatına görə, milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” öz meydanında “Ural”ı qəbul edib. Şeydayev start heyətində meydana çıxıb və sonadək meydanda olub. Təəssüf ki, oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Digər görüşdə “Yenisey” – “Orenburq”u 2:1 hesabı ilə məğlub edib.
Turun dünən keçirilən oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Rostov” - “Lokomotiv” 1:2
“Axmat” – “Krasnodar” 1:1
“ÇSKA” – “Anji” 2:0
“Rubin” – “Ufa” 1:1
“Zenit” – “Dinamo” 2:0
Turun son oyunu Tulada yerli “Arsenal”la “Spartak” arasında keçiriləcək.