Şeyx boks rinqinə çıxacaq - FOTO

Qazaxıstanın paytaxtı Astanada Dünya Boks Assosiasiyasının (World Boxer Association) versiyası üzrə çempion adı uğrunda mübarizə çərçivəsində Qətərdən olan boksçu 30 yaşlı Şeyx Fahad bin Xalid də iştirak edəcək.
O, həvəskar idmana boksla başlayıb. Sonradan peşəkar komandaya keçən Şeyx ilk orta çəkidə (69.8 kq) çıxış edir. Artıq onun peşəkar rinqdə 7 qələbəsi var.
Qazaxıstan Qətər şeyxinin boks matçında iştirak edəcəyi üçüncü ölkə olacaq. Boks yarışı iyulun 7-də Astanada keçiriləcək.
Sultan Laçın