"Shamkir Chess 2019" superturnirində ilk gedişi Şəmkir RİH başçısı edib - FOTOLAR

"Shamkir Chess 2019" superturnirində ilk gedişi Şəmkir RİH başçısı edib - FOTOLAR

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019” superturnirinə start verilib. AZXEBER.COM xəbər verir ki, ilk olaraq 31 mart - azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Altıncı dəfə təşkil olunan turnirin birinci turunda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu norveçli Maqnus Karlsen ilə üz-üzə gəlib. Turda ilk gedişi Teymur Rəcəbov - Maqnus Karlsen partiyasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov edib. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuk ilə görüşür. Digər partiyalarda isə Aniş Giri (Hollandiya) bolqarıstanlı Veselin Topalov, rusiyalı Sergey Karyakin çinli Dinq Liren, Vişvanatan Anand (Hindistan) isə Çexiya təmsilçisi David Navara ilə qarşılaşıblar. Qeyd edək ki, XXII kateqoriyalı Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. Superturnirin reytinq favoriti norveçli hazırkı dünya çempionu Maqnus Karlsendir. O, FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb. İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət "Shamkir Chess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq. Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

İdman xəbərləri
Azxeber.com digər xəbərlər