Sığorta hadisələrinin reyestri formalaşdırılacaq

Sığorta hadisələrinin reyestri formalaşdırılacaq

“Yeni qanun layihəsində müştərək sığorta mexanizminin yaradılması nəzərdə tutulur”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova söyləyib.

İ. Qədimova deyib ki, məqsəd sığorta haqlarını ödəməkdə çətinliklə üzləşəcək fermerlərə kömək etməkdir: “Məsələn, bu il sığorta haqqını ödəyə bilməyən fermerlərə növbəti il sğrora haqqı ödəməsi imkanı yaradılacaq. Əvvəlki qanunvericilkidə də dövlətin aqrar sığortaya dəstəyi əks olunmuşdu. Yeni mezanizm dövlətin bu sahədə dəstəyinin təmin edilməsinə imkan yaradacaq. Artıq ölkəmizdə aqrar sığorta orqanı formalaşdırılacaq və fermerlərin onları maraqlandıran sualları cavablandıracaq bir orqanı görəcəklər. Bu, aqrar sahədə sığortanın tətbiqində maraqlı bir orqan olacaq. Sığorta şirkətlərinin kənd təsərrüfatı kimi riskli sahədən çəkinməməsinin təmin edilməsinə ehtiyac var. O cümlədən hətta yolxucu xəstəliklər və zəhərlənmələr də aqrar sığorta sahəsində risklər kimi qiymətləndiriləcək”.

Millət vəkili Vahid Əhmədov mətbuatda kənd təsərrüfatı sahəsində sığorta haqlarının ümumilikdə dövlət tərəfindən ödəniləcəyi barədə məlumatlar yayıldığınl və bu fikirlərin anlaşılmaz olduğunu qeyd edib: “Dövlətin bu sahədə yükü tamamilə üzərinə götürməsinin mümkün olmadığını qeyd edib”.

Millət vəkili Əli Məsimli qeyd edib ki, normal sığorta sistemi yaradılsa, kənd təsərrüfatına daha çox sərmayə qoyular: “2002-ci ildə aqrar sığorta haqqında qanunu yeni qanununla müqayisə etsək, yalnız bir-iki məqam fərqlidir. Bəs köhnə qanun niyə işləmədi? Ona görə də yeni qanunun işləməsinə nail olmağa çalışılmalıdır. Digər tərəfdən, kənd təsərrüfatında sığorta könüllü, yoxsa icbari olacaq? Layihədə bu, əksini tapmayıb. Həm də qanun layihəsi elə şriftlərlə yazılıb ki, oxumaq da mümkün deyil. Adətən, bank müqavilələrini belə yazırlar ki, insanlar oxuya bilməz”.

Ə. Məsimov 800 mindən çox kiçik fermerlə bağlı məsələyə həssas yanaşılmalı olduğunu vurğulyaıb: “Dolu yağanda mütəxəssislər bilirlər ki, hansı rayonda kənd təsərrüfatına necə zərər dəyib. Tutaq ki, əgər dəymiş zərərin 10 faizi ödəniləcəksə, bu qanun da işləməyəcək”.

Millət vəkili Rüfət Quliyev Kənd Təsərrüfatı Nazirliyinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə işləməyi tövsiyyə edib.

Millət vəkili Xanhüseyn Kazımlı Azərbaycanın müharibə şəraitində olduğunu xatırladıb: “Tutaq ki, işğalçının artilleriya atəşindən taxıl sahəsi yandı. Bu halda sığortanı kim ödəyəcək?”

Komitə sədri Ziyad Səmədzadə birinci ildə qanunun tətbiqi üçün nə qədər vəsait tələb olnacağı ilə maraqlanıb.

İ. Qədimova bildirib ki, qanunun qəbulundan sonra sığorta hadisələrinin reyestri formalaşdırılacaq: “Statistik məlumatlar toplanmalı və elektron sistemdə yer almalıdır ki, biz sahibkara dəyən zyianı dəqiq müəyyənləşdirək, mülahizə əsasında yox”.

Komitə sədri Ziyad Səmədzadə xaricdən dəvət edilən mütəxəssisələr görə nə qədər vəsait lazım olmasının hesablanmalı olduğun vurğulayıb. Onun sözlərinə görə, bu səbəbdən yerli mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayırılmalı olduğunu vurğulyaıb: “Nə qədər insanların heyvanları canavarlar parçaldayıb? Yaxud nə qədər məhsul sahələri yanıb? Bu baxımdan aqrar sığorta sisteminin qurulması vacibdir ”.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyəedilib.

Açar sözlər
Ilhamə Qədimova , Xanhüseyn Kazımlı , Rüfət Quliyev , Əli Məsimli , Vahid Əhmədov , Ziyad Səmədzadə , Milli Məclis , Kənd Təsərrüfatı Nazirliyi , Azərbaycan , Milli Məclis
İqtisadiyyat xəbərləri
Xətaidə qeyri-qanuni tikinti işləri dayandırılıb

Xətaidə qeyri-qanuni tikinti işləri dayandırılıb

26-04-2019 22:33 - Yenisabah.az - İqtisadiyyat
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırıb. Bu barədə “Yeni Sabah”a Komitədən bildirilib. Məlumata görə, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin mart ayında həmin ərazidə çoxmərtəbəli yaşayış binasının “Azenne Group” MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmamış və həmin binanın tikintisinə icazə verilməyib. Bununla əlaqədar, Komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanıb. “Azenne Group” MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir.
Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:16 - Ona.az - İqtisadiyyat
29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul (IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev (IEV)-Bakı (Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı (Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı (Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilmişdir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı (Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı (Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı–Gəncə Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı –Təl-Əviv –Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı – İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Ona.az digər xəbərlər