“Sığorta risklərinin dövlətin üzərinə qoyulması düz deyil” — Vahid Əhmədov

“Sığorta risklərinin dövlətin üzərinə qoyulması düz deyil” — Vahid Əhmədov

“Sığorta risklərinin dövlətin üzərinə qoyulması düz deyil”

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət komitəsində “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, risklərin dövlətin üzərinə qoyulması nəticədə çətinliklərə gətirib çıxarar:

“Son dövrlərdə mediada bununla bağlı yazılar gedir. Bu yanlış yanaşmadır. Dövlət sıöğortaya qarant olmamalıdır. Bunun üçün sığorta şirkətləri var və onlar qarant olmalıdır. “Aqrar sığorta haqqında” qanun layihəsində risklərin dövlətin üzərinə qoyluması əksini tapıb. Risklərin dövlətin üzrəinə atılması düz deyil”.

Mürtəza
Ölkə.az

İqtisadiyyat xəbərləri
Olke.az digər xəbərlər