Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir - FOTO

Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir - FOTO

2019-cu ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir.

Qeyd edək ki, silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismarı hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasına xidmət edir.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər