Silahlanmamızda olan MOES-720 mobil optik elektron stansiyası – ANALİZ (HƏRBİ EKSPERT)

Silahlanmamızda olan MOES-720 mobil optik elektron stansiyası – ANALİZ (HƏRBİ EKSPERT)

Son 10 il ərzində "Plasan" şirkəti zirehli vasitələrin intellektual zirehli nəqliyyat vasitələri ilə istifadəsinə imkan verən texnologiyalar və inteqrasiya imkanlarını inkişaf etdirir. Bu yeniliklər həm zirehli və zirehsiz nəqliyyat vasitələri arasında, həm də digər sistemlər arasında (məsələn PUA və s.) təhlükəsiz və sürətli əməliyyatlar üçün nəzərdə tutulur, həm də döyüş meydanında iştirakçılar arasında qarşılıqlı əlaqəni təmin edir. Sənaye miqyasında müxtəlif təyinatlı hərbi vasitələr və sistemlər arasında ilk dəfə belə bir əlaqə texnologiyasını inkişaf etdirən "Plasan" müxtəlif vəzifələri yerinə yetirən vasitələr üçün NGVA (NATO Generic Vehicle Architecture) imkanlarını təklif edən ilk şirkətdir.

NGVA - "ağıllı" zirehli nəqliyyat vasitələri üzərində müxtəlif alt sistemlərin inteqrasiyası üçün bir standart hesab olunur. Proqram uyğunluğunu təmin etmək üçün DDS (Data Distribution Services - Məlumatların Paylanması Sistemi) rabitə standartlarına əsaslanan vasitənin interfeyslərinə və protokol dizaynına açıq arxitektura yanaşmasından istifadə edilir. RTI-nin təcrübəsi və qlobal kommunikasiya sahəsində tanınması, şirkətin planları həyata keçirməsində əhəmiyyətli rol oynayaraq, hər bir vasitənin həm müxtəlif sistemləri arasında, həm də digər vasitələrlə ardıcıl və qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün lazım olan intellektual inteqrasiya platformasını inkişaf etdirməyə kömək etdi. "Plasan" ilkin mərhələdə şirkətin bütün intellektual sistemlərinin əsas strukturlarında inteqrasiya məsələlərinin idarə edilməsini RTI-yə etibar etdi.

RTI avadanlıqlarında istənilən əsas komponentin və vasitənin daha "ağıllı" olması üçün hər hansı bir sistemin və ya alt sistemin inteqrasiya imkanı mövcuddur. "Connext" DDS "Plasan"a bir əməliyyat sisteminə və ya bir avadanlığa bağlı olmadan müxtəlif zirehli vasitələri yaratmaq imkanı verdi.

RTI proqram təminatı şirkəti məhsullarının etibarlılığını artırmağa, təlim müddətini azaltmağa və NGVA ilə uyğun olan sistemlərdə müxtəlif rolu olan avadanlıqların sürətli bir şəkildə yenidən qurulmasına imkan verən etibarlı məlumat mübadiləsini təmin edirdi. "Connext Databus" arxitekturası sayəsində "Plasan" davamlı olaraq NGVA standartını öz nəqliyyat vasitələrinə uyğunlaşdırmaq qabiliyyətinə malik oldu. Bu qismən DDS yaddaşının, "Plasan" sisteminin mövcud yaddaşlarına inteqrasiya olunmasının asanlığı ilə bağlı idi. Bundan əlavə, şirkət sonralar "Connext" DDS-in təmin etdiyi rahatlıq və sadəlik sayəsində əvvəlcədən qarşılıqlı əlaqə üçün nəzərdə tutulmayan yaşlı "Plasan" modellərində də NGVA-nın tətbiqinə nail ola bildi. Hər hansı qorunma mühitində müxtəlif sistemlər arasında ən yüksək səviyyədə etibarlı əlaqənin saxlanılması daima ən vacib məsələ hesab edilir.

"Qranit" kəşfiyyat və nəzarət maşınları

Hələ 2011-ci ildə İsrail Ordusunun kəfiyyat bölmələrinin silahlanmasına qəbul edilən ilk "Qranit" kəşfiyyat və müşahidə maşınları "Elta Systems" tərəfindən EL/I-3302 "Intelligence Surveillance & Reconnaissance Vehicle" (ISRV) platformasında hazırlanıb. Az sonra şirkət kəşfiyyat avadanlıqlarını "Plasan" şirkətinin "Ford 550" modeli bazasındakı "Sand Cat" zirehli vasitəsinə inteqrasiya etdi. İlkin versiyada zirehli vasitə gizli teleskopik anten və onun üzərində yerləşdirilən sensor və PLS-ə malik idi. Hərəkət zamanı anten maşının daxilində yerləşirdi, maşın dayandıqda isə tezliklə yüksəyə qaldırılırdı.

"Qranit" maşınları 2000-ci illərin əvvəllərində "Rafael" tərəfindən təchiz edilən HMMWV-ə əsaslanan "Racoon" kəşfiyyat vasitələrini əvəz etmək üçün nəzərdə tutulurdu. Hər iki vasitə müşahidə radiolokatoruna, gündüz/gecə optik elektron müşahidə sistemlərinə və bir neçə sensora malik teleskopik antenə malikdir.

Konkret məqsədli "Racoon"dan fərqli olaraq, ISRV taktiki əməliyyatlar üçün informasiya və kəşfiyyat toplama mərkəzi kimi nəzərdə tutulurdu.

Açar sözlər
Ədalət Verdiyev , Nato , Azərbaycan , Israil
İKT xəbərləri
Ordu.az digər xəbərlər
Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

26-04-2019 15:25 - Ordu.az - Siyasət


Avantüra xarakterlı plan QİO-nun tərkibindəki Osmanlı hissələrinin yorğunluğuna, azərbaycanlı könüllülərdən təşkil edilmiş hissələrin zəifliyinə, erməni rəhbərlərinin vəd etdikləri "erməni qoşunlarının qəhrəmanlıqları”na, ingilis hərbi texnikası və maliyyə gücünə arxalanırdı. 

 
Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin sonlarında hazırlanmış, 1918-ci ilin may ayında 2-ci planla əvəz edilmişdir): rus, gürcü və erməni qoşunlarını nizamlayıb Almaniya və Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə qarşı müdafiə təşkil etmək; 2-ci plan (1917-ci 96 ilin iyunun əvvəllərində hazırlanmış, 1918-ci ilin avqustun sonlarında 3-cü planla əvəz edilmişdir): Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-nun hücumlarının qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü plan (1918-ci ilin avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata keçirilməmişdir): ingilis qoşunlarını Bakıdan evakuasiya etmək, Sentrokaspi Diktaturasını hərtərəfli dəstəkləmək (silah, sursat, təlimatçılar, Biçeraxovun qüvvələri), döyüşlərin davam etməsi və tərəflərin zəifləməsinə nail olmaq.