Silsilə oğurluqlar edən şəxs saxlanılıb - FOTO

Silsilə oğurluqlar edən şəxs saxlanılıb - FOTO

Ötən il dekabrın 30-da gecə saat 2-də Şəmkir şəhərindəki mağazalardan birində oğurluq hadisəsinin baş verməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər NazirliyiMətbuat Xidmətinin Gəncə regional qrupundan Xeberle.com-a verilən məlumata görə, dərhal RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, mağazadan ümumilikdə 1400 manat dəyərində tütün məmulatları, eneji içkiləri, nəğd pul oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı Mətləb Həsənov saxlanılıb. Ətrafında aparılan araşdırmalar zamanı müəyən edilib ki, həmin şəxs bir nəfər yeniyetmə ilə birlikdə ötən ilin dekabr ayının əvvəllərindən rayonun müxtəlif ərazilərində silsilə oğurluqlar törədib.

Onlar pul, spirtli içki, tütün məmulatları, televizor və digər əşyaları oğurlayıblar. M.Həsənovun oğurladığı tütün məmulatlarının bir qismi yaşadığı evin zirzəmisindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs oğurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində tanımadıqları şəxsə satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf edib. Əməlinə görə peşman olan Mətləb Həsənovun başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər