Sima Amerikada pilota ərə getdi — Foto

Sima Amerikada pilota ərə getdi — Foto

“İşte Benim Stilim” dəb yarışması ilə fenomenləşən, eyni zamanda estetik əməliyyatları ilə tez-tez gündəmə gələn azərbaycanlı model Sima Şərafətdinova ərə gedib.

“Qafqazinfo” xəbər verir ki, o, bir müddət bundan əvvəl Los-Ancelesdə ailə həyatı qurub. Onun ikinci toyu yay aylarında Kiprdə baş tutacaq.

Model eyni zamanda, şəxsi instaqram səhifəsində evli olduğunu qeyd edib, Şərafətdinova soyadını Mosbacher ilə əvəzləyib.

O, pilot olan həyat yoldaşı ilə ABŞ-da tanış olub.

Qeyd edək ki, Sima təhsili ilə əlaqədar 2018-ci ilin sonunda Los-Ancelesə köçüb. Model bundan əvvəl Türkiyədə pilot dərsləri alıb. Şərafətdinova bunun üçün 200 min TL ( 58 min AZN) xərcləyib.

Açar sözlər
Sima Şərafətdin , Abş , Kipr , Los-Anceles , Türkiyə
Mədəniyyət xəbərləri
Qafqazinfo.az digər xəbərlər