Şirvan DYP-nin rəisi Afət Mirzəyevdən şikayətlərin ardı-arası kəsilmir

Şirvan DYP-nin rəisi Afət Mirzəyevdən şikayətlərin ardı-arası kəsilmir


Şirvan Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Afət Mirzəyevin qanunsuz hərəkətlərinə hələ də hüquqi qiymət verilmir deyən şikayətçilər kömək istəyirlər. Afət Mirzəyev əvvəllər Gəncədə və Masalıda DYP rəisi işləyərkən vətəndaşlar tərəfindən ondan çoxsaylı şikayətlər olunurdu. Şirvanda taksi sürücüləri Afət Mirzəyevdən şikayət edərək "Bolgexeber"-ə bildirirlər ki, onlardan aylıq haqq yığılır, verməyənlər isə suni maniələr yaradılaraq cəzalandırılır. Şikayətdə qeyd olunur ki, Salyan, Sabirabaddan olan kənd sakinləri maşınları ilə Şirvan bazarına, satış üçün kənd təsərrüfatı məhsulları gətirir və Şirvan DYP-nin əməkdaşları DRES deyilən ərazidə duraraq mallarını satmaq üçün üz tutuan vətəndaşlardan qanunsuz haqq toplayırlar. Onlardan haqq tələb edildiyindən kəndli fermerlər Şirvan şəhərinə balıq, pomidor kartof, soğan və digər mallar gətirib satmaqdan imtina etməli olurlar. Bu isə yetəri qədər narazılıqların yaranmasına münbit şərit yaratmaqdadır.

Etibarlı mənbələrdən mediaya verilən məlumata görə, Afət Mirzəyevin gündəmə gəlməsinə zəmin yaradan məlumat isə onun tikdirdiyi obyektlərlə bağlıdır. Verilən məlumatlarda qeyd edilir ki, Masallı rayonun girişində A.Mirzəyev özünə iki böyük mebel sexləri tikdirir. Məlumata görə, bu sexlərə külli miqdarda pul xərclənib amma pulun mənbəyi hələdə məlum deyil. Bu obyektlərinin dəyərinin 150-200 min manat civarında olması qeyd olunur. Afət Mirzəyevdən şikayətlər təkcə bunlarla bitmir. Bildirilir ki, Afət Mirzəyev Şirvan DYP-yə rəis təyin ediləndən sonra 5-6 yol polisi əməkdaşı, guya vətəndaşların onlardan narazıçılıq etməsi bəhanəsi ilə işdən kənarlaşdırılıb. Təbii ki bu addımında məqsədli şəkildə şəffav fəaliyyətin təmin ediləcəyinə işarə edilmişdi. Amma buda çox çəkmədi. Əvvəl həmin əməkdaşları işə götürən şəxsin uzaqlaşdırılmasından qısa müddət sonra Afət Mirzəyevin idarəçiliyi dönəmində haqsız olaraq işdən çıxarılıqları iddia edilir. Mənbə həmçinin qeyd edir ki, Şirvana rəis təyin olunmasından 1 ay sonra Şirvan şəhərinin mərkəzində özünə 40-50 min dəyərində ev də alıb. DYP əməkdaşları məhz onun əmri olmadan hər hansı vətəndaşa qanunsuz olaraq cərimələr və ya haqq tələb edə bilməyəcəyidə dinc sakinlər tərəfindən iddia edilməkdədir.

Daxil olan digər məlumatda həmçinin deyilir ki, Şirvanda ona qarşı narazıçılığın artmasınından narahat olan və cəzalanacağından ehtiyat edən Afət Mirzəyev indidən çıxış yolu transfer olmaqda görür. Aldığımız məlumata görə yüksək vəzifədə olan dostlarının köməyi ilə Ağsu rayonuna rəis getmək üçün əlindən gələni etməkdədir. Təqdim etdiyimiz fotolardan da görünür ki, başı daha “vacib” işlərə qarışan Şirvan DYP-nin rəisi qaydanı pozan avtomobil sürücülərini görmür və ya görmək istəmir. Hörmətli Daxili İşlər Naziri Ramil Usubov həmişə polis əməkdaşlarının xalqa, dövlətə xidmət etməli olduqlarını, bunun onların borcu olmasını vurğulayır və polis adını həmişə uca tutmalarını tövsiyə edir. Afət Mirzəyevin gözündən qaçırdığı qanun pozuntuları bilə vasitə büdcəyə gələcək vəsait olduğundan DYP rəisinin maraq çərçivəsinə daxil olmur.

Bakunews.az: Qarşı tərəfi də dinləməyə hazırdı.

İqtisadiyyat xəbərləri
Xia.az digər xəbərlər