Şirvanda 27 yaşlı oğlan meyiti tapılıb

Şirvanda 27 yaşlı oğlan meyiti  tapılıb

Şirvan şəhərində 27 yaşlı oğlan meyiti tapılıb.

Metbuat.az-a daxil olan məlumata görə, mayın 8-də Şirvan şəhəri, Xaqani küçəsi, ev 21, mənzil 67-də yaşayan 06.05.1992-ci ildə Şirvan şəhərində anadan olmuş Ağayev İxtiyar Nəcəfqulu oğlunun meyiti tapılıb.

İlkin araşdırma zamanı mərhum İxtiyar Ağayevin uzun müddət narkotik vasitə aludəçisi olduğu və ölümü məhz narkotik vasitənin qəbulundan sonra baş verdiyi müəyyən edilib. Məlumatla əlaqədar dərhal Şirvan şəhər prokurorluğunun və PŞ-nin əməliyyat-istintaq qrupu hadisə yerinə gəlib, hadisə yerinə və meyitə hal şahidlərinin, tibbi ekspertin iştirakları ilə baxış keçirilib.

İxtiyar Ağayevin meyitinə baxış zamanı bədənində hər hansı zorakılıq əlamətləri olan xəsarət və ya onun izləri aşkar edilməyib. Bundan sonra İxtiyar Ağayevin meyiti daxili müayinə edilməsi məqsədilə "MTE" və PA ETT" Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Aysel Yaqubqızı / Metbuat.az


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər