Şirvanda sürücü piyadanı öldürüb qaçdı - VİDEO

Gecə saatlarında Şirvanın Çirpaqlı qəsəbəsində sürücü avtomobillə piyadanı vuraraq, hadisə yerindən qaçıb.
Oxu.Az-ın Aran bürosunun məlumatına görə, piyada hadisə yerində ölüb.
Ölən şəxs Şirvan sakini, 1967-ci il təvəllüdlü Xələfov Məhərrəməli Məstan oğludur.
Hazırda meyit Şirvan şəhər Xəstəxanasının morquna təhvil verilib.
Hadisəni törədərək qaçmış sürücünün kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.