"Siyasətin əsas istiqaməti əhalinin qayğı ilə əhatə olunmasıdır" RƏY-ÖZƏL

"Siyasətin əsas istiqaməti əhalinin qayğı ilə əhatə olunmasıdır" RƏY-ÖZƏL

“Bu gün Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Əsası da Ulu öndər Heydər Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir: “Bu günlərdə ölkə başçısının 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncamı buna bariz sübutdur”.

Bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən konkret tədbirlərin görüldüyünü dilə gətirən T.Süleymanov vurğulayıb ki, Böyük Vətən Müharibəsi iştirakçılarına 1000 manat, onların dul qadınlarına, arxa cəbhə iştirakçılarına, Leninqrad blokadasının müdafiəsində iştirak edən şəxslərə 500 manat məbləğində vəsaitin ödənilməsini nəzərdə tutan sərəncam insanların böyük sevincinə səbəb olub: “Azərbaycan dövləti və Prezident İlham Əliyev tərəfindən həssas təbəqədən olan insanların bütün problemləri, xüsusilə də mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır”.

Siyasət xəbərləri
Sia.az digər xəbərlər