Siyəzəndə şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Siyəzəndə şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Siyəzən, 2 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 2-də Siyəzəndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında rayon birinciliyinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda şahmat idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin intellektual səviyyəsinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan yarışda 40-a yaxın yeniyetmə şahmatçı mübarizə aparıb.

Gənclər Mərkəzində iki gün davam edən turnirdə oğlanlar arasında Cahid Allahverdiyev I, Muhamməd Paşazadə II, Amid Allahverdiyev isə III yeri qazanıb. Qızlar arasında Nuray Ağayeva, Könül Dadaşova və Məryəm Qurbanlı müvafiq olaraq ilk üç yeri tutublar.

Yarışın qalibləri Gənclər və İdman idarəsi tərəfindən fəxri fərman, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

İdman xəbərləri
Azertag.az digər xəbərlər