"Sizi də, özümü də biabır etdim" - Pərvanə Dostəliyeva

"Sizi də, özümü də biabır etdim" - Pərvanə Dostəliyeva

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin qızı olduğunu deyən Pərvanə Dostəliyeva daha bir videosu ilə gündəmə gəlib.


İnstaqramda yayımladığı videoları silən Pərvanə bunun səbəbini açıqlayıb. O, müğənnilik karyerasını yenidən başlamaq üçün özünü bu yolla reklam etdiyini deyənlərə cavab verib:


"Deyirlər, müğənnilik etmək istəyirdin, özümü reklam etdin. Mənim üçün müğənnilik kitabı bağlanıb. Məqsədim qisasımı almaq idi. Sizi biabır edim, insan içinə çıxa bilməyin. Özümü də, sizi də biabır etdim. Əcəb elədim. Çıxıb Elza Seyidcahana deyirdiz ey, "biz bacılara qarşı çaşma". Çaşdım, nə edəcəksən? Nə var dedim.


Mənim və anamın haqqında artıq-əskik nələrsə yaymayın. Bir kəlmə danışsanız, nə var açıb tökəcəm. Bildiklərimi danışsam, yer yerindən oynayacaq. Yatmış fili oyatma. Sakitləşib oturmuşam yerimdə. Videoları da sildim, çünki həyatıma davam edirəm. Dediyimi dedim və bitdi. Qisasımı aldım".


Qeyd edək ki, Pərvanə atası tərəfindən 6 yaşında təcavüzə uğradığını bildirib. O, bibisi Nazpərinin ona efirlərdə qadağa qoyduğunu iddia edib.

Açar sözlər
Elza Seyidcahan , Nazpəri Dostəliyeva , Pərvanə Dostəliyeva , Ağalar Dostəliyev , Instaqram
Mədəniyyət xəbərləri
DİM aprelin 28-də 20 min nəfər üçün növbəti imtahanlar keçirəcək

DİM aprelin 28-də 20 min nəfər üçün növbəti imtahanlar keçirəcək

24-04-2019 11:27 - Apa.az - Mədəniyyət
DİM tərəfindən aprelin 28-də keçiriləcək imtahanlar aşağıdakılardır: – ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; – Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; –xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları; – üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları; – əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Azxeber.com digər xəbərlər