Skandinaviya ölkələri BMT-nin ən iri beş donorundan üçüdür

Skandinaviya ölkələri BMT-nin ən iri beş donorundan üçüdür

Rəqəmlər göstərir ki, Skandinaviya ölkələri inkişaf hədəflərinə yardım göstərilməsində öz səlahiyyətlərinin yerinə yetirilməsi məsələsində BMT-nin ən iri beş donorundan üçüdür. Bu barədə İsveç mətbuatı xəbərlər dərc edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bu yaxınlardakı məruzəsinə görə, Danimarka, Norveç və İsveç İnkişafa Yardım Komitəsinin 5 ölkədən ibarət siyahısına daxildir. Bu ölkələr inkişaf hədəflərinə yardım üçün özünün ümummilli daxili gəlirindən 0,7 faiz təqdim etməklə BMT-nin hədəflərinə nail olublar. Qarşıya qoyulan hədəflərə uyğun yardım göstərən digər iki dövlət isə Lüksemburq və Böyük Britaniyadır.

Siyasət xəbərləri
Sia.az digər xəbərlər