Slovakiya da Rusiya neftinin idxalını dayandırıb

Slovakiya da Rusiya neftinin idxalını dayandırıb

Bakı, 26 aprel, AZƏRTAC

Slovakiya da “Dostluq” boru kəməri vasitəsilə Rusiya neftinin idxalını dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Slovakiyanın “Transpetrol” neft boru kəməri operatorunun məlumatında deyilir.

Buna səbəb kimi neftin keyfiyyətinin pisləşməsi göstərilir. Neft idxalının hansı müddətə dayandırıldığı bildirilmir.

“Transpetrol” bu qərarı Slovakiyanın ən böyük neftayırma zavodu “Slovnaft”ın fərqli keyfiyyətdə olan nefti emal etmədiyi üçün qəbul edib.

Xatırladaq ki, daha əvvəl Polşa, Belarus və Almaniya “Dostluq” kəməri ilə Rusiya neftinin nəqlini dayandırmışdı.

Açar sözlər
Almaniya , Bakı , Polşa , Rusiya , Slovakiya
İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər