SOCAR-dan benzinlə bağlı açıqlama

SOCAR-dan benzinlə bağlı açıqlama

2019-cu ilin birinci rübündə Azərbaycanda benzin istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz artıb.


Anews.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, bunu SOCAR-ın istehsalat üzrə vitse-prezidenti David Məmmədov deyib.


Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda həmin dövrdə təxminən 350 min ton benzin istehsal olunub.


Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-mart aylarında ölkədə neft məhsullarının istehsalı təxminən 1,2 milyon təşkil edib. Qeyd edək ki, 2018-ci ildə ümumiyyətlə neft məhsulları istehsalı 4,76 milyon ton olub.

www.anews.az

loading...

Açar sözlər
Heydər Əliyev , David Məmmədov , Dövlət Statistika Komitəsi , Socar , Neft Emalı Zavodu , Azərbaycan
İqtisadiyyat xəbərləri
Anews.az digər xəbərlər