SOCAR-ın əməkdaşları AMEA-nın "Yüksək Texnologiyalar Parkı"nın laboratoriyası və məhsulları ilə tanış olublar

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin baş direktor müavini Sərxan Babaşovun rəhbərlik etdiyi heyət Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yanında "Yüksək Texnologiyalar Park" MMC-yə səfər edib.
Bu barədə “Report”a şirkətdən bildirilib.
Məlumata görə, Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzində (AMEA SEASM) qonaqlara laboratoriya avadanlıqları, mərkəzin imkanları və göstərilən xidmətlər barədə məlumat verilib. Eyni zamanda SOCAR-ən əməkdaşları AMEA-ya məxsus “Millers Oils Azərbaycan” və “AMEA Təcrübə- Sənaye Zavodu” MMC-lərin istehsal sahələri ilə tanış olublar.
İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair fikir mübadiləsi aparılıb.