SOCAR-ın trest müdiri vəzifəsindən azad edilib

SOCAR-ın trest müdiri vəzifəsindən azad edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin – SOCAR-ın “Kompleks qazma işləri” trestinin müdiriİskəndər Şirəli bu gün vəzifəsindən azad edilib. Bu barədə xəbəri “AzPolitika.info”ya məlumatlı mənbə verib.

Qeyd edək ki, 2007-ci ildən SOCAR-ın“Kompleks qazma işləri” trestinin müdiri işləyənİskəndər Yaqub oğlu Şirəli ondan əvvəl“Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin və Abşeron Qazma İşləri İdarəsinin rəisi vəzifələrində çalışıb.

Əməkdar mühəndis, elmlər doktoru olan İ. Şirəli həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professorudur.

AzPolitika.info

loading...

İqtisadiyyat xəbərləri
Azpolitika.info digər xəbərlər