SOCAR Olimpiya mərkəzindən 12 min manat tələb edir

SOCAR Olimpiya mərkəzindən 12 min manat tələb edir

SOCAR-ın tərkibində fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyi Respublika Olimpiya Mərkəzini məhkəməyə verib. News24.az-ın məlumatına görə, buna səbəb mərkəzin istifadə etdiyi 12 min manatlıq qazın pulunu verməməsidir.

Bakı şəhər 2 Saylı İnzibati İqtisadi Məhkəməsi “Azəriqaz”ın iddiasını təmin edib və Olimpiya Mərkəzinin qarşı tərəfə 12 min 155 manat ödəməsinə qərar verib. Qərarın icrası Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

İqtisadiyyat xəbərləri
Bizimyol.info digər xəbərlər