SOCAR və BP investisiya qərarı imzalayıblar

SOCAR və BP investisiya qərarı imzalayıblar

Aprelin 19-da SOCAR və BP Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə investisiya qərarı imzalayıblar.


Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzalayıblar.


Layihənin dəyəri altı milyard dollardır. Gündəlik hasilat gücü 100 min barel olan yeni platforma 2023-cü ildə istifadəyə veriləcək.


Qeyd edək ki, layihə üzrə quruda, tikinti-quraşdırma meydançalarında aparılan tikinti və istismara hazırlıq fəaliyyətlərinin əksəriyyətinin cari qrafikə əsasən 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir. İlkin hasilat quraşdırma, qabaqlayıcı quyuların birləşdirilməsi və işəsalma işləri tamamlandıqdan sonra 2023-cü ildə proqnozlaşdırılır.


“Azəri Mərkəzi Şərqi” layihəsi AÇG müqavilə ərazisində işlənmənin növbəti mərhələsini təşkil edir. Layihə suyun təxminən 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarətdir.


Platformanın üst modulunun və dayaq blokunun inşa olunacağı potensial tikinti-quraşdırma meydançalarına bundan əvvəlki AÇG işlənməsi fazalarında istifadə edilmiş Bakı dərin özülləri zavodu (BDÖZ) və Bayıl (keçmişdə “Amec-Tekfen-Azfen” (ATA) sahəsi kimi tanınan) sahələri daxildir.

Açar sözlər
Rövnəq Abdullayev , Bp , Socar , Xəzər , Gürcüstan , Türkiyə , Bakı , Azərbaycan
İqtisadiyyat xəbərləri
Nazirlik nümayəndələri Cocuq Mərcanlıya getdi

Nazirlik nümayəndələri Cocuq Mərcanlıya getdi

19-04-2019 00:09 - Yenisabah.az - İqtisadiyyat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və əməkdaşlarından ibarət nümayəndə heyəti “Ekoloji bilik günü” çərçivəsində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.  "Yeni Sabah" xəbər verir ki, nazirliyin nümayəndə heyəti əvvəlcə “Aprel şəhidlərinə xatirə” abidəsini  ziyarət edərək, önünə gül dəstələri qoyub və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.  Sonra Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüşən Nazirlik nümayəndələri gətirdikləri ekoloji təbliğat vasitələrini, eyni zamanda kağız, məişət və plastik tullantıların çeşidlənməsi məqsədilə hazırlanmış qutu və konteynerləri məktəbə hədiyyə ediblər. Daha sonra Nazirliyin nümayəndələri Umayra Tağıyeva və  Hikmət Əlizadə şagirdlərə ölkəmizin ekoloji vəziyyəti, iqlimi, günəş, hava, su, hava proqnozlarının hazırlanması, Azərbaycanın flora və faunası, milli parklar və qoruqlarla bağlı dərs keçib, məlumatlandırıcı səmimi söhbət aparıb və məktəblilərdə təbiətə qayğıkeş münasibətin formalaşması məqsədilə  tövsiyələr veriblər.  Nümayəndə heyətinin səfəri Cocuq Mərcanlı kəndindəki sosial obyektlərlə tanışlıqla davam edib. Daha sonra xüsusi ayrılmış ərazidə ağacəkmə aksiyası keçirilib və Nazirliyin tinglik sahələrində yetişdirilmiş meyvə ağacları əkilib. Qeyd edək ki, “Ekoloji bilik günü” çərçivəsində Nazirliyin nümayəndələrinin növbəti görüşü Ağcabədi rayonunda davam edəcək.
Moderator.az digər xəbərlər