Şok faktlar: "Nəsiminin əlyazmaları Bakıda yük maşınında aparıldı..." – VİDEO


Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı Bakı Dövlət Universitetinin “Ərəb filologiyası” kafedrasının professoru, filologiya elmləri doktoru Aida Qasımovadır.

Qeyd edək ki, bundan sonra “Brifinq” yeni biçimdə – həm də video formatda oxucuların ixtiyarına veriləcək.

Qurban Yaquboğlu: Aida xanım, 2019-cu ilin “Nəsimi İli” elan edilməsinin aktuallığını ərəbşünas kimi necə əsaslandırardınız?

- Bu ilin “Nəsimi İli” elan olunması çox əhəmiyyətli hadisədir. Birincisi, bu, bir çox alimlərin diqqətini Nəsimi irsinə yönəltdi. Nəsimidən yazanların sayı artdı. “Nəsimi İli”nə qədər bu mövzuda çox az alim yazıb-yaradırdı. Bəlkə də Nəsimi poeziyası müasir oxucu üçün çətin anlaşıldığından, sanki şairin poetik irsi üzərində bir tabu var idi.

Mədəniyyət xəbərləri
Şuşasız 27 il...

Şuşasız 27 il...

08-05-2019 10:17 - Sfera.az - Mədəniyyət







Şuşa şəhərinin erməni silahlı qəsbkarları tərəfindən işğal edilməsindən 27 il ötür...

Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını dağıdıb.

 Həmçinin erməni quldurları Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini yerlə-yeksan edərək buradakı nadir sənət incilərini talayıblar.

Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.

Məlumat üçün bildirək ki, dəniz səviyyəsindən 1420 metr hündürlükdə yerləşən şəhərin sahəsi 5,5 km²-dir.

Təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub.
Publika.az digər xəbərlər