Şok kadrlar: 12 yaşlı qızın ölüm videosu Facebook-da göstərildi - VİDEO - FOTO

Şok kadrlar: 12 yaşlı qızın ölüm videosu Facebook-da göstərildi - VİDEO - FOTO

Valideynlərinin və rəfiqələrinin "Mişelitta" dedikləri 12 yaşlı Linda Rocers ötən ilin fevralın 23-də, səhər saatlarında həlak olub. O, otağında, güzgünün qarşısında olarkən ev qaz sızmasından partlamışdı.

Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, olay ABŞ-ın Texas ştatındakı Dallas şəhərində yaşanmışdı. 6-cı sinifdə oxuyan Linda ABŞ-ın Milli Çirliderlər Assosiasiyasının (National Cheerleaders Association, NCA) müsabiqəsinə hazırlaşırdı.

Linda güzgünün qarşısında duraraq saçını darayanda otağa dolmuş qaz partlayıb. Partlayış, habelə qızın ömrünün son anları videokameraya düşüb.

"Sabahnız xeyir, dostlar! Səhər saat 6.02-dir. Bu gün çirliderlərin müsabiqəsinə qatılacağam. Saçlarımdan başlamaq istəyirəm. Evdə işıqları yandırıb hamını oyatmaq istəmirəm", - Linda deyib.

Lindanın valideynləri qonşu otaqda olublar və təsadüf nəticəsində sağ qalıblar.

Onlar övladlarının ölümünün ildönümü ilə bağlı olaraq Lindanın həyatının son anlarının əks olunduğu videonu Facebook-da paylaşıblar.

Valideynlərin yatdıqları zaman, sübh saatlarında çəkilmiş video Lindanın smartfonunda aşkarlanıb.


Sonxeber.az

Açar sözlər
Facebook , Abş , Dallas
Hadisə xəbərləri
Sonxeber.az digər xəbərlər