"Şolts hələ də Putinə zəng etməyib" - Peskov

"Şolts hələ də Putinə zəng etməyib" - Peskov

"Vladimir Putinin hələ Almaniya kansleri Olaf Şoltsla telefon danışları aparmayıb".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hələ də Şolts Vladimir Putinə zəng etməyib”, - Peskov Almaniya tərəfdən danışıq üçün müraciət olub-olmaması və telefon əlaqəsinin planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

Bundan əvvəl Olaf Şolts yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib.

Açar sözlər
Vladimir Putin , Almaniya , Rusiya , Prezident , Putin , Peskov
Siyasət xəbərləri
Unikal.org digər xəbərlər