Son 3 ayda 8 nəfər bədbəxt hadisə nəticəsində iş yerində ölüb

Son 3 ayda 8 nəfər bədbəxt hadisə nəticəsində iş yerində ölüb
26 Aprel 2019 [15:15]

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərinin Nərimanov rayonunda "28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” və "Əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları” mövzularında maarifləndirici tədbir keçirib.

Mia.az nazirliyə istinadən bildirir ki, tədbirdə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2019-cu il üçün Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusunun "Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi” kimi müəyyən olunduğu vurğulanıb.

Qeyd olunub ki, Konstitusiyamızda hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit edilib və ötən dövrdə əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin mütərəqqi cəhətləri əxz olunmaqla qanunvericilik bazası təkmilləşdirilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib: "Xidmət tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə işəgötürənlər arasında geniş və ardıcıl məlumatlandırma işləri də aparılır. Cari ildə də müvafiq Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair Bakıda və respublikanın ayrı-ayrı regionlarında məlumatlandırma tədbirləri davam etdirilir.

Bir sıra hallarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına biganə münasibət işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnən istehsalat qəzalarının baş verməsinə səbəb olur.

Azərbaycanda 2019-cu ilin birinci rübündə istehsalatla əlaqəli sayılmış 42 bədbəxt hadisənin Xidmət tərəfindən təhqiqatı aparılıb. Bu hadisələr nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılmış təhqiqat işlərinin nəticələrinə uyğun tədbirlərin görülməsi təmin edilib.

Hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir".

Tədbirdə qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə də məlumat verilib. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu vurğulanıb.

İştirakçılara müvafiq mövzularda ətraflı məlumatlar çatdırılıb, onların suallarına cavablar verilib.

İqtisadiyyat xəbərləri
Mia.az digər xəbərlər
Mətbuat Şurasının İdarə Heyəti toplandı:  qəzet satışı və saytların üzvlüyü gündəmə çıxarıldı

Mətbuat Şurasının İdarə Heyəti toplandı: qəzet satışı və saytların üzvlüyü gündəmə çıxarıldı

26-04-2019 15:43 - Mia.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra "Azedu.az”, "Yenixeber.org”, "Baku News” (baku.news), "42-ci paralel.az”, "Sozcu.info”, "Denizxeber.az” xəbər portalları, "Region mediası” qəzeti, "Ustad” dərgisi, "Loqos”, "Düyməcik”, "Elmi iş” jurnalları, "ONN media” (onn.az) və "Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.