SON DƏQİQƏ: Xəzərdə gəmimizdə qəza baş verdi, 12 nəfər...

SON DƏQİQƏ: Xəzərdə gəmimizdə qəza baş verdi, 12 nəfər...

Qəza ilə bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" məlumat yayıb.

Məlumatda bildirilir ki, QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqlarin birində qəza baş verməsi barədə məlumatlıyıq:

"Gəmi ilə davamlı əlaqə saxlayırıq. Heyət üzvləri arasında xəsarət alan olmayıb.

Gəmi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri çalışırlar. Dəqiq səbəblər haqqında məumatı "Saipem" yayacaq".

Bakupost.az-ın əldə etdiyi məlumata görə, partlayış nəticəsində yaralanan şəxslər arasında xarici vətəndaşlar da var. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

"Qafqazinfo" xəbər verir ki, yaralılardan 3-nün vəziyyəti ağırdır. İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.

***

"Topaz Energy and Marine" şirkətinin Xəzər Dəniz Gəmiçiliyi QSC-dən kirayəyə götürdüyü "İsrafil Hüseynov" borudüzən gəmisi "Şahdağ" yatağında qəzaya düşüb.

Nəticədə 12 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılara kömək üçün "Topaz Energy and Marine" şirkəti "Citadel" gəmisini əraziyə göndərilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər