Sony-dən sukeçirməz smartfon

Sony-dən sukeçirməz smartfon

Sony şirkətinin mobil bölməsi Xperia M2 smartfonunun sukeçirməz versiyasını elan edib. Yeni aparat Xperia M2 Aqua adlanır.

Sukeçirməzlik qabiliyyətinə görə aparat ABŞ Müdafiə Nazirliyinin IPS65/68 standartlarına cavab verir. Belə ki, aparat 30 dəqiqə 1,5 metr dərinliyində suda qala bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, M2 Aqua aparatı 1.2 QHs takt tezlikli Qualcomm Snapdragon 400 prosessoru ilə işləyir. Smartfon LTE dəstəyi, 8 meqapiksellik kamera, həmçinin 2300 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.

Smartfonun satışına payızda başlanılacağı gözlənilir.

Milli.Az

İKT xəbərləri
Milli.az digər xəbərlər