“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana dəyişiklik

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana dəyişiklik


Prezident İlham Əliyev "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
"Sherg.az" xəbər verir ki, Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:1. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin:1.1. 1.1.1-ci yarımbənddə "73” rəqəmləri "130” rəqəmləri ilə əvəz edilsin;1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:"I dərəcə əlilliyi olan şəxslərə — 150 manatII dərəcə əlilliyi olan şəxslərə — 130 manatIII dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:"I dərəcə əlilliyi olan şəxslərə — 150 manatII dərəcə əlilliyi olan şəxslərə — 130 manatIII dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:"I dərəcə əlilliyi olan şəxslərə — 150 manatII dərəcə əlilliyi olan şəxslərə — 130 manatIII dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;1.5. 1.1.5-ci yarımbənddə "82” rəqəmləri "150” rəqəmləri ilə əvəz edilsin;1.6. 1.1.6-cı yarımbənddə "68” rəqəmləri "80” rəqəmləri ilə əvəz edilsin;1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin;1.8. 1.1.8-ci yarımbənddə "68” rəqəmləri "100” rəqəmləri ilə əvəz edilsin;1.9. 1.1.9-cu yarımbənddə "61” rəqəmləri "100” rəqəmləri ilə əvəz edilsin;1.10. 1.1.11.2-ci yarımbənddə "müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri "müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;1.11. 1.2.2-ci yarımbənddə "109” rəqəmləri "200” rəqəmləri ilə əvəz edilsin;1.12. 1.2.3-cü yarımbənddə "146” rəqəmləri "300” rəqəmləri ilə əvəz edilsin.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Siyasət xəbərləri
Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib

Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib

15-04-2019 17:45 - Xezerxeber.az - Siyasət
Müəyyən edilir ki, fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.
Sherg.az digər xəbərlər