"Sosial sahədə aparılan islahatlar daha da dərinləşir" — Deputat

"Sosial sahədə aparılan islahatlar daha da dərinləşir"     — Deputat

“Ölkə Prezidentinin bu ilin əvvəlindən sosial sahə ilə bağlı imzaladığı sərəncam və fərmanlar vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir”. 


Demokrat.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.


A.Badamov bildirib ki, ölkəmizdə insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində lazımi addımlar atılır. 


Onun sözlərinə görə, bu sahədə aparılan islahatlar daha da dərinləşir.


“Bu ilin əvvəlindən bu ilin əvvəlində minimum əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, yeni müavinətlərin təsis edilməsi, digərlərinin məbləğinin artırılması ilə bağlı sərəncamlar imzalanıb. Bütün bunları onu deməyə imkan verir ki, Azərbaycanda dövlət başçısının apardığı siyasət birbaşa vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına yönəlib. Sosial sahədə atılan addımlar son deyil, bundan sonra da Prezident İlham Əliyev tərəfindən sosial sahə ilə bağlı sərəncamların imzalanacağını görəcəyik. Çünki, bu gün Azərbaycan dövləti hər bir sosial paketin icrasına qadir, güclü iqtisadiyyata malik olan ölkədir”-deyə, deputat qeyd edib.

Siyasət xəbərləri
Demokrat.az digər xəbərlər
İşçi ilə əmək müqaviləsi bağlamayanlar cərimələnəcək

İşçi ilə əmək müqaviləsi bağlamayanlar cərimələnəcək

18-04-2019 13:58 - Demokrat.az - İqtisadiyyat
Yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.  Vergi yoxlamaları zamanı isə tətbiq edilən Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.  Yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.  Demokrat.