Şotlandiya 2021-ci ilə qədər müstəqilliklə bağlı yeni referendum keçirəcək

Şotlandiya 2021-ci ilə qədər müstəqilliklə bağlı yeni referendum keçirəcək

Şotlandiya hökuməti 2021-ci ilə qədər müstəqilliklə bağlı yeni referendumun keçirilməsinə dair qanun qəbul edəcək.

ONA-nın xəbərinə görə, bu barədə Şotlandiyanın birinci naziri Nikola Stercen bildirib.

“Şotlandlara 2021-ci ildə keçiriləcək parlament seçkilərinə qədər səsvermək imkanı verilməlidir”, - deyə N.Störcn qeyd edib.

Onun sözlərinə görə, yeni referendumla bağlı müddəa 2019-cu ilin sonunadək Şotlandiya qanunvericiliyinə daxil ediləcək.

Siyasət xəbərləri
Apa.az digər xəbərlər