Sovet İttifaqı qəhrəmanı adına layiq görülən ilk azərbaycanlı - FOTO

Sovet İttifaqı qəhrəmanı adına layiq görülən ilk azərbaycanlı - FOTO

9 may - Faşizm üzərində qələbə günüGəncə şəhərində ənənəvi olaraq, Azərbaycanın ilk Sovet İttifaqı qəhrəmanıİsrafil Məmmədovun məzarı önündə keçirilir. Bu il həm də ilk qəhrəmanın anadan olmasından 100 il keçir.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görünən İsrafil Məmmədovn məzarıGəncənin Xan bağı ərazisindədir.

Hər il mayın 9-da Böyük Vətən Müharibəsi veteranları, şəhər ictimaiyyəti qələbə bayramında qəhrəmanın xatirəsini yad edirlər. Xalqımızın adını uca edən İsrafil Məmmədov elə Böyük Vətən Müharibəsinin ilk aylarında Novqorod ətrafında döyüşlərdə təkbaşına düşmənin 73 əsgər və zabitini məhv edərək Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı olub. Qəhrəman adı aldıqdan sonra o, qısa müddətə Vətənə, xalqla görüşə gəlib.

Cəbhəyə döndükdən sonra İ. Məmmədov döyüşlərdə dəfələrlə yaralanıb. Elə bu yaraların təsirindən İ. Məmmədov 1946-cı ildə vəfat edib və şəhərin ən görkəmli yerlərindən birində dəfn edilib.

Gəncədə uzun illərdir qəhrəmanın Ev-muzeyi fəaliyyət göstərir. Burada İsrafil Məmmədovun həyatı və döyüş yolu haqda yüzlərlə eksponat var. Hazırda İsrafil Məmmədovun Gəncə və Bakı şəhərlərində xeyli qohumu yaşayır.

Qeyd edək ki, İsrafil Məmmədov döyüşlərdə olduğu müddətdə Rusiyada ailə qurub.Onun iki əkiz qızı var və onlar ötən əsrin 80-ci illərinin axırlarınadəkGəncəyə, ata yurdlarına gəlib-gediblər. Gəncədə İsrafil Məmmədovun adına küçə və orta məktəb var.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mədəniyyət xəbərləri
Metbuat.az digər xəbərlər