“Sözləri bitib deyə sərsəmləməklə məşğuldurlar”

“Sözləri bitib deyə sərsəmləməklə məşğuldurlar”

Müşfiq Ələsgərli: “Azərbaycan mediası nə etməlidir, təcavüzkara haqq qazandırmalı deyil ki...”

Xəbər verdiyimiz kimi,qondarma Qarabağ “respublikası”nın “müdafiə naziri” Azərbaycan mediasını ittihamedən açıqlama ilə çıxış edib. Qurama dövlətin əldəqayırma naziri iddia edib ki,Azərbaycan mediası onlara qarşı həmlələr həyata keçirir, həqiqəqət zidd məlumatlaryayır.

Düşmən tərəfinin mediamızlabağlı məlum açıqlaması əslində Azərbaycan mediasının informasiya müharibəsindəkiüstünlüyünün təsdiqi hesab edilə bilərmi?

Moderator.az-a açıqlamaverən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri,media eksperti Müşfiq Ələsgərlibu bəyanatın düşmən tərəfinin çarəsizliyindənvə riyakarlığından irəli gəldiyini vurğuladı:

“Azərbaycan mediası Azərbaycancəmiyyətinin fikrini ifadə edir. Azərbaycan cəmiyyətinin də işğalçıya münasibətiməlumdur. Azərbaycan mediası işğalçını tərifləyəsi, onun təcavüzünə haqqqazandırası deyil ki...

Azərbaycan cəmiyyətinarahatdır və Qarabağ məsələsində ədalət tələb edir. Torpaqların geriqaytarılmasını, pozulan hüquqlarının bərpasını istəyir. Azərbaycan mediası dabu cəmiyyətin fikirlərini ifadə edir.

Qondarma rejim işğalçıolduğunu bilir və onu da anlamalıdır ki, bu işğalın nəticəsi ortadan qalxmayanaqədər Azərbaycan cəmiyyətinin bu məsələyə münasibərti dəyişməyəcək. Bu, beynəlxalqictimaiyyəti çaşdırmağa yönəlik yersiz bir oyundur. Sadəcə, işğalçının deməyəsözü olmadığı üçün bu cür fikirlər səsləndirir. Bu isə sərsəmləmədən başqa birşey deyil”.

Seymur ƏLİYEV

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər